Menu
Geri İrəli

Bakı-Sumqayıt avtobus sürücülərinə cinayət işi açılacaq – Ehtiyatlı olun

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2015 • Baxış sayı: 872 dəfə • Şərh yoxdur

bak-sumqayitBakının 20 Yanvar dairəsində qeyri-qanuni fəaliyyət göstərən Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı rəsmi açıqlama verilib. Dövlət Avtomobil Nəqliyyatı İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov “a24.az”-a bildirib ki, Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı qərar bu günün işi deyil: “Bu qərar çoxdan verilib və iş həyata keçirilir. Lakin bəzi sürücülər hələ də bu qadağaya  məhəl qoymur. Elə mikroavtobus və yaxud avtobus sürücüləri var ki,  sözügedən ərazidə sərnişin daşıdığına görə, bir və yaxud bir neçə dəfə qanuna müvafiq qaydada tədbir görülüb və cərimələnib. Artıq bir neçə dəfə bu qeyri-qanuni işinə görə cərimələnən sürücülərə qarşı cinayət işi qaldırılacaq. Bunun üçün lazımi sənədlər toplanılır. Son aylara nəzər yetirsək, 20 Yanvar dairəsindən Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni fəaliyyət göstərən avtobus sürücüsünə 300-dən artıq protokol yazılaraq cərimə tətbiq edilib”.

Ə.Cəfərov bununla belə, ərazidə Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan  sürücülərə qarşı da cəza tədbirlərinin həyata keçirildiyini qeyd etdi: “Sözügedən ərazidə mindən çox taksi sürücüsünə protokol tərtib edilərək cərimələnib. Artıq 20 Yanvar dairəsində İdarənin ərazi üzrə rəhbər və işçiləri dəyişdirilib və işlər daha da gücləndirilib”.

Amid

Facebook Şərhləndirmə:

Şərhinizi yazın