Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarlarında çalışacaq bələdçilərin hamısı qadınlar olacaq

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 226 dəfə • Şərh yoxdur
img1889879

Bakı-Sumqayıt qatarlarında çalışacaq bələdçilərin hamısı qadınlar olacaq

“Bakı-Sumqayıt qatarlarında çalışacaq bələdçilərin hamısı qadınlar olacaq”.

Bu haqda modern.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.
O qeyd edib ki, həmin istiqamətdə çalışacaq xanım bələdçilər artıq müəyyənləşib: “Onların hər biri üçün ayrılan vəsait hesabına yeni formalar tikilib. Bakı-Sumqayıt qatarlarından sonra mərhələli şəkildə digər qatarlarda da yeni formalara keçiləcək”.
Qurum rəsmisi deyib ki, hazırda Bakı, Sumqayıt və Biləcəri sərnişin stansiyalarında avtomat turniketlərin və kassa köşklərinin quraşdırılması prosesi yekunlaşmaqdadır: “Bütün istiqamətlərdə işlər bitmək üzrədir, Tarif Şurasının qiymətlərlə bağlı qərarını gözləyirik”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın