Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Yanvar 2013 • Baxış sayı: 224 dəfə • Şərh yoxdur

Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə axşam saat 22.00 radələrində Xırdalan şəhəri yaxınlığında qeydə alınıb.

Taksi kimi istifadə olunan “Reno” markalı maşın idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə avtomobildə olan qadın sərnişin zərbənin təsirindən maşının şüşəsindən çıxaraq yola düşüb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Avtomobildə olan daha bir sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hazırda Dövlət Yol Polisi əməkdaşları hadisə yerində araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın