Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunun bağlanmasına səbəb nədir?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2013 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

Şəhər istiqamətində hərəkət bərpa olunub

Hazırda Bakı-Sumqayıt şosesində hərəkət bərpa olunub. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, yol dövlət tədbiri ilə əlaqədar olaraq bağlanmışdı.

Əməkdaşımız xəbər verir k i, hazırda şəhər istiqamətində hərəkət bərpa olunsa da, əks istiqamətdə hərəkət tamamilə dayanıb.

10:13

Bu gün səhər saatlarından Bakı-Sumqayıt şosesində yaranan uzun tıxac nəqliyyat vasitələrinin hərəkətini tamamilə dayandırıb. AzNews.az əməkdaşı xəbər verir ki, hazırda yolda maşınların hərəkəti mümkün olmadığından sərnişinlər piyada hərəkət etmək məcburiyyətində qalıb.

İctimai nəqliyyatın, eləcə də minik maşınlarının sərnişinləri çətinliklə də olsa 20 Yanvar metrosuna qədər olan yolu piyada hərəkət etməli olurlar. Yolda hərəkəti tənzimləməli olan polis əməkdaşlarına qarşı müxtəlif təhqiramiz ifadələr işlədilir, onların öz vəzifələrini öhdəsindən gələ bilməməkdə ittiham edilir. Piyada hərəkət etmək məcburiyyətində qalan sərnişinlər arasında narazılıq getdikcə artır.

Orxan
AzNews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın