Menu
Geri İrəli

Bakıda 20 saylı marşrut avtobusu işə salınır

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2015 • Baxış sayı: 185 dəfə • Şərh yoxdur

avtobus_261214NİİM məlumat yaydı.

Sakinlərin çoxsaylı xahişini nəzərə alaraq, 8 oktyabr 2015 tarixindən 20 saylı marşrut avtobusu fəaliyyətə başlayacaq.

Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən bildiriblər.

Məlumata görə, marşrut avtobusunun hərəkət cədvəli “Qara Qarayev” metro stansiyası, Ziya Bünyadov prospektini keçməklə Avtovağzala qədər olacaqdır.

“Əsas məqsəd sərnişindaşıma  sahəsində sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi və eyni zamanda sərnişinlərin rahatlığını təmin etməkdir”, – deyə, NİİM-dən qeyd ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın