Menu
Geri İrəli

“Bakıda 8-9 bal gücündə zəlzələ proqnozlaşdırılır”

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur
Share Button

144162390455ed6f60e9ef0“Bakıda 8-9 bala qədər zəlzələ proqnozlaşdırılır. Binalar da bu bala dayanıqlı olmalıdır”.

Sonxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli sentyabrın 4-də ölkə ərazisində baş vermiş zəlzələni şərh edərkən bildirib. Bakıda binaların bu zəlzələyə hazır olmasına gəldikdə, o, bunun qurumun nəzarətində olmadığını deyib:

“Bakıda binalar tikilərkən bizdən icazə alınmır, sadəcə məlumat verilir. Biz də ərazinin seysmik aktivliyini öyrənib məlumat veririk. FHN bizim verdiyimiz bu sənəd olmadan tikintiyə razılıq vermir. Lakin FHN-dən xəbərsiz binalar da tikilə bilir”, – Q. Yetirmişli belə deyib.

Q. Yetirmişli onu da bildirib ki, zəlzələnin əvvəlcədən proqnozlaşdırılması mümkün deyil:

“Dünyanın heç bir ölkəsində bu sistem yoxdur. Düzdür, hansı ərazidə gərginlik var, harada gözlənilə bilər, deyə bilərik. Lakin ola bilər ki, gərginlik olsun, amma zəlzələ baş verməsin. Zəlzələnin proqnozlaşdırılması üçün hər hansı metodikanın 10 dəfə özünü doğrultması lazımdır. Lakin hələ ki belə tədqiqat yoxdur”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın