Menu
Geri İrəli

Bakıda bir neçə iri iş adamı həbs olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 11 May 2015 • Baxış sayı: 893 dəfə • Şərh yoxdur

Oliqarx Nizami Piriyevin və Şəkinin sabiq icra başçısı Murad Cabbarlının, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyevin barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir

 hebs23

 
Virtual.org saytı Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevə yaxın olmuş bir neçə iş adamının qanunsuz fəaliyyətdə suçlanaraq həbs olunması barədə məlumat yayıb.
 
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, oliqarx Nizami Piriyev Bakıda həbs olunub. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Məlumata görə, digər tanınmış biznesmenlər kimi N.Piriyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar.
Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.
N.Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.
“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.
Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.
Nizami Piriyev və oğlu Nəsib Piriyev 2011-ci ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi tanınır.
Sayt yazır ki, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı və həmçinin “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev də həbs edilib. Xəbərə görə, məhkəmə adıçəkilən şəxslər barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sayt bildirir ki, M.Cabbarlı və M.Əliyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. M. Cabbarlı  Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.
O, Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.
Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürüb və bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilib.
M.Əliyev də C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsində ittiham olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın