Menu
Geri İrəli

Bakıda dərmandan zəhərlənən qardaşlardan biri öldü

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur
Share Button

teciliFaktla bağlı araşdırma aparılır.

Bakıda iki qardaş spirt və psixotrop maddədən zəhərlənib, biri dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az- a verilən məlumata görə, hadisə oktyabrın 19-da Nəsimi rayonunun Mərdanov qardaşları küçəsində qeydə alınıb.

Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tahir Məmmədov və qardaşı Məmməd Məmmədov spirtli içki və psixotrop maddələrin təsirindən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Tahir Məmmədov xəstəxanada ölüb, digər qardaş isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın