Menu
Geri İrəli

Bakıda gözəgörünməz kabus 3 nəfəri hamamda öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

1969

Bakıda daha 3 nəfər dəm qazından boğulub. Lent.az-ın məlumatına görə, Xətai rayonu Əmirxan küçəsi 5/1 ünvanında 1990-cı il təvəllüdlü Babayeva Xatirə İltifat qızı hamam otağında dəm qazından boğularaq ölüb. Digər iki hadisə isə Nərimanov rayonunda qeydə alınıb. A.Heydərov küçəsindəki mənzilin hamamında 1960-cı il təvəllüdlü Rüstəmova Solmaz Rüstəm qızı, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də isə 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu dəm qazından boğularaq ölüb.

Hər bir fakt üzrə müvafiq araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın