Menu
Geri İrəli

Bakıda mənzildə qadın meyiti aşkarlandı

Müəllif: Sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2015 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur
Share Button
img1892353Bakıda mənzildən qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq, 1952-ci il təvəllüdlü Aşurbekova Svetlana İldırımovnanın cəsədini aşkar ediblər. Meyit hüquq mühafizə orqanlarının müvafiq ekspertizalarından sonra aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 21:17-də başa çatıb.
İki gün əvvəl də paytaxtda oxşar hadisə qeydə alınmışdı. Bakı şəhəri, Nərimanov rayonunda 1962-ci il təvəllüdlü Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişmişdi.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın