Menu
Geri İrəli

Bakıda “ölü” morqda dirildi

Müəllif: Sumqayitxeber.com • Tarix: 6 Noyabr 2015 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur

108Bakının Xəzər rayonunda qeyri-adi “ölüb-dirilmə” hadisəsi baş verib.

1news.az xəbər verir ki, 57 yaşlı Ç.M. (adı etik normalara görə açıqlanmır) spirtli içki qəbul etdikdən sonra elə küçədə yuxuya gedib.

Yoldan keçənlər təcili yardım çağırıblar, kişi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində xəstəxanaya çatdırılıb. Orada kişinin öldüyünü bildirərək onun cəsədini morqa göndəriblər.

Amma Ç.M. morqda özünə gəlib. İlk olaraq o, dostuna zəng edərək sağ olduğunu bildirib.

“O biri dünyadan zəng” alan dostu şoka düşüb. Həkimlər kişini reanimasiya şöbəsinə yatırıblar, hal-hazırda orada müalicəsini davam etdirir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın