Menu
Geri İrəli

Bakıda və Sumqayıtda qumarxanalar aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2013 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur

 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami küçəsindəki 31 nömrəli evin zirzəmisində Qəbələ sakini Ruslan Nəhmətovun qanunsuz onlayn qumar oyunları təşkil etməsi müəyyən edilib.

 

AzərTAc-ın məlumatına görə, baxış zamanı 10 kompüter dəsti, bir modem və 60 manat pul aşkar edilərək götürülüb.

Qurum əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan prospekti 4-cü məhəllə, 14 nömrəli binanın 19-cu mənzilində şəhər sakinləri Kamandar Nərimanovun, Aydın Əliyevin, Elman Kərimzadənin, İsmayıl Tağıyevin və Daşqın Hümbətovun “on-line” kazino-qumar oyunları təşkil etmələri müəyyənləşib.

Baxış zamanı oradan 11 kompüter dəsti, bir qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək, götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a  faktlarla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın