Menu
Geri İrəli

“Bank of Baku”nun rəhbəri həbs olundu- MTN-dən əməliyyat

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 1,022 dəfə • Şərh yoxdur

“Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub. 

 “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs Azərbaycan dövlətinin son günlər ekstrimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, bugünlərdə “Bank of Baku”nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və bu günlərdə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb.
Hələ ki, sözügedən həbslə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb.
Əraflı məlumatı diqqətinizə çatdıracağıq.
isayev
Facebook Şərhləndirmə:

Şərhinizi yazın