Menu
Geri İrəli

Baş həkim: intihara cəhd edən Qarabağ əlilinin vəziyyəti normaldır

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2014 • Baxış sayı: 384 dəfə • Şərh yoxdur

 Sumqayıtda I qrup Qarabağ əlili intihara cəhd edib. Mənzil problemləri olan Məcidov Malik Qardaşxan oğlu fevralın 14-də təxminən saat 15:30 radələrində Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısına gələrək özünü yandırmaq istəyib. Bu məqsədlə o üstünə yandırıcı maye töküb. Lakin İcra hakimiyyətində xidmətdə olan şəhər mühafizə polisi idarəsinin əməkdaşları  tərəfindən həmin şəxsin özünü yandırmasının qarşısı alınıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən qəbul edilən M. Məcidova ev probleminin həll ediləcəyi bildirilib.

Saxlanılan şəxs şəhər 4-cü Polis Bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki,  M. Məcidov  hal-hazırda intihar məqsədilə üzərinə tökdüyü neft onun bədəninin dərisində allergik reaksiya verdiyindən, Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında müalicə alır.

Xəstəxanın baş həkimi Vaqif Qəhramanovun məlumatına qörə pasiyentin vəziyyəti normaldır.

sumqayitxeber.com

tecili yardim

Facebook Şərhləndirmə:

Şərhinizi yazın