Menu
Geri İrəli

Baş Porkuror Sumqayıtda vətəndaşları qəbul edib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Yanvar 2014 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

zakir qaralovBaş prokuror Zakir Qaralov Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sumqayıt şəhər Prokurorluğunun inzibati binasında şəhərlə yanaşı, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan vətəndaşlar da iştirak edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov 130-dan artıq vətəndaşın ərizə və şikayətlərini dinləyib, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Vətəndaşların müraciətlərində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların qəbulu işinin düzgün təşkili və onların müraciətlərinə obyektiv baxılması ilə bağlı konkret tapşırıqlar verilib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın