Menu
Geri İrəli

BDU-da tələbənin ittiham etdiyi müəllim öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2014 • Baxış sayı: 930 dəfə • Şərh yoxdur
Share Button

Fevralın 24-də səhər saatlarında Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov vəfat edib. 

 Qeyd edək ki, Rəfael Süleymanov fevralın 21-də BDU-da keçirilən aksiyada tarix fakültəsinin tələbəsinin şikayətçi olduğu müəllimdir. BDU-dakı qaynağın “Yeni Müsavat”a verdiyi xəbərə görə, R.Süleymanov həmin gündən çox əsəbi və stresli olub. Bu gün səhər saatlarında BDU-ya gələn R.Süleymanov 1 saat sonra auditoriyada vəfat edib.

telebe

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın