Menu
Geri İrəli

Bu gün onların peşə bayramıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2012 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur

Azərbaycanda ilk telefon xəttinin çəkilişindən 131 il ötür

Bu gün Azərbaycanda rabitə işçiləri peşə bayramını qeyd edir.
Artıq 6 ildir 6 dekabr tarixi Azərbaycanda “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Düz 131 il öncə Azərbaycanda ilk telefon xəttinin çəkilişi məhz bu tarixə təsadüf edir.
“Qafqazinfo”nun məlumatına görə, peşə bayramı münasibətilə bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını zayrət edib, məzarı önünə əklil qoyublar.

Həmçinin, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub. Rabitəçilər Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı, Azərbaycanda telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə nazirliyin birlik və müəssisələrində tədbirlər keçiriləcək. Eyni zamanda, RİTN tərəfindən “Rabitə ustası” və “Fəxri fərman”a layiq görülən rabitəçilər də təltif ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın