Menu
Geri İrəli

Cəbhədə şiddətli atışma: şəhid verdik

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2015 • Baxış sayı: 502 dəfə • Şərh yoxdur

Cebhe-Ateshkes-esgerErmənilər mövqelərimizə basqın etməyə çalışıb

Martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Facebook Şərhləndirmə:

Şərhinizi yazın