Menu
Geri İrəli

Cəbhədə vəziyyət yenidən gərginləşdi – SON XƏBƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2014 • Baxış sayı: 634 dəfə • Şərh yoxdur

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 34 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “XəzərXəbər”ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qeyd etmişdi ki, Azərbaycan və Ermənistan prezidentləri Soçi Qış Olimpiya Oyunları dövründə atəşkəs rejiminə sadiq qalacaqlarını bildiriblər.

Azerbaycan esgeri 031012

Facebook Şərhləndirmə:

Şərhinizi yazın