Menu
Geri İrəli

“Daş bazarı” niyə köçürüldü? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2013 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur

 

Ötən gündən etibarən Sumqayıtda “Daş bazarı” kimi tanınan inşaat materialları bazarının köçürülməsi prosesinə start verilib.

Bu barədə milli.az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev məlumat verib.

Onun sözlərinə görə, “Daş bazarı” Sumqayıt şəhərinin ikinci əsas girişində yerləşirdi. Bazarın belə bir ərazidə fəaliyyət göstərməsi həm şəhərin estetik görkəminə xələl gətirir, həm də ki anti-sanitariya şəraitinin yaranmasına səbəb olurdu. Bundan başqa, ərazidəki inşaat daşı və inşaat qumu daşıyan yük maşınları ucbatından günün pik saatlarında ərazidə güclü tıxaclar müşahidə olunurdu.

Ayaz İmaməliyev yuxarıda qeyd olunan məsələlərlə bağlı İcra Hakimiyyətinə şəhər sakinləri tərəfindən müraciətlər daxil olduğunu deyib. Bütün bu məsələləri nəzərə alaraq şəhər icra hakimiyyəti “Daş bazarı” kimi tanınan inşaat materialları bazarının başqa əraziyə köçürülməsi ilə bağlı qərar qəbul edib.

“Təkcə ötən gün 180 ədər inşaat daşı maşını ərazidən kənarlaşdırılıb. Orada fəaliyyət göstərən bütün obyektlər şəhərin sənaye zonasında ayrılmış xüsusi əraziyə köçürüləcək”, – o əlavə edib.

Hazırda bu prosesin davam etdiyini deyən Sumqayıt İcra Hakimiyyəti rəsmisi onu da əlavə edib ki, köçürülmə prosesi başa çatdıqdan sonra ərazidə abadlıq və yenidənqurma işləri həyata keçiriləcək. Ərazi böyük şəhərin girişinə layiq olan bir görkəm alacaq.

Qeyd edək ki, Sumqayıt şəhərinin 4 əsas girişi var. Onlardan ən əsası Bakı-Sumqayıt yolu tərəfindən olan girişdir. İkincisi əvvəllər “Daş Bazarı”nın da yerləşdiyi Saray qəsəbəsi tərəfindən olan girişdir. Digərləri isə şəhərə Novxanı qəsəbəsi və H.Z.Tağıyev qəsəbələri tərəfindən olan girişlərdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın