Menu
Geri İrəli

Dəhşətli qəzada ölənlərin adları məlum oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Dekabr 2013 • Baxış sayı: 4,404 dəfə • Şərh yoxdur
Share Button

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərdən üçünün adı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində ölən beş nəfərdən üçünün şəxsiyyətini müəyyən etmək mümkün olub. Dünyasını dəyişənlər – “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayəttinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirlidir.

Dünyasını dəyişən digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

4852a183f08fac34186f22dcfa76aa88

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın