Menu
Geri İrəli

Deputat bəzi məmurları istefaya çağırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2013 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

“Tofiq Yaqublu, İlqar Məmmədovun həbsindən cəmiyyət narahat deyil”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Milli Məclisin iclasında cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən YAP icraçı katibinin müavini Siyavuş Novruzov söyləyib.
Siyavuş Novruzov deyib ki, bəziləri qanunsuz aksiya keçirir, yaxınlaşanda cibindən jurnalist vəsiqəsi çıxarır: “Yaxud İsmayıllı hadisələri ilə bağlı gərginlik başa çatmamış niyə ora gedirlər? Düzgün adamsan, gözlə, vəziyyət sabitləşsin, sonra get. İlqar Məmmədov da əslində ora getmək istəyirdi və öz yerini tapdı”.

Millət vəkili Zahid Oruc Roma Papası 16-cı Benediktin 86 yaşında istefa verməsinə toxunub: “O, 86 yaşında üzünü Allaha tutaraq dedi: “Ola bilər ki, dini ayinləri yerinə yetirəndə düzgün etməmişəm və buna görə də bağışlanmağı xahiş edirəm”. Bəzi məmurlar isə elə bilirlər ki, onlar əvəzedilməzdir və ömrü boyu o kresloda oturacaqlar. Onlar 16-cı Benediktdən nümunə götürməlidirlər. Dövlətin imkansızlara yardım üçün təsis etdiyi ünvanlı sosial yardımı öz şəxsi maraqları naminə istifadə edənlər özlərində cəsarət tapıb istefa verməlidirlər. Onsuz da onlar xalqın hədəfində olan adamlardır. Yetər ki, o adamlar istefa versin ki, dövlətin siyasəti davam etsin”.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, dövlət başçısının söylədikləri hər bir vətəndaşın ürəyində olan fikirlər idi. Onun sözlərinə görə, məmurlar vətəndaşlara xidmət etməlidir: “Seçicilərimin müraciəti ilə bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan-İran sərhəd-keçid məntəqəsində İran məmurları Azərbaycan vətəndaşlarını təhqir edir, aşağılayırlar. Hətta vətəndaşların keçidini süni şəkildə gecikdirmək üçün kompüteri söndürürlər. Bunu aidiyyaitı orqanlar araşdırmalıdır. İran vətəndaşlarına biz çox hörmətlə yanaşırıq. İran sərhədindəki məmurlar isə Azərbaycana nifrətlə yanaşırlar. Bu məsələ araşdırılmalıdır”.

Millət vəkili Adil Əliyev “Azəristilik”in fəaliyyətindən şikayətlənib: “Bundan əvvəl parlamentdə çıxış edərkən qaldırdığım məsələ “Azəristilik” tərəfindən həll olunmayıb, seçicilərimin istilik problemi həllini tapmayıb”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın