Menu
Geri İrəli

DİN və Baş Prokurorluq Sumqayıtda baş verən atışma ilə bağlı məlumat yayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2013 • Baxış sayı: 1,638 dəfə • Şərh yoxdur

 Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri Sumqayıtda baş verən atışma ilə bağlı açıqlama verib.

sumqayitxeber.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə ektremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş vermiş, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri almışlar.
Daha sonra “Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilmişdir. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları almış, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəymiş, xəsarət alan olmamışdır.
Məlumat daxil olan kimi Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəlmiş, zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmiş, maddi sübutlar götürülmüşdür.
Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılmışdır. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər – Sumqayıt şəhər sakinləri Zaur Paşayev və  Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istərkən yaxalanmışlar.
Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilmişdir.
Xəsarət almış E.Məmmədli və E.Nəzərəliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisənin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirir.

atima rusiya azer

Facebook Şərhləndirmə:

Şərhinizi yazın