Menu
Geri İrəli

DİQQƏT! Foto-müsabiqə başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2013 • Baxış sayı: 479 dəfə • 2 şərh
Share Button

Qalibləri qiymətli hədiyyələr gözləyir

Sabahdan etibarən “sumqayitxeber.com” saytı və Sumqayıt şəhər “Sülh” küçəsi, 9/11-də (Mərkəzi Bazarın yaxınlığında, Accessbank-ın sağında) yerləşən “HƏDİYYƏLƏR” mağazasının təşkilatçılığı ilə Foto-müsabiqəyə start verilir.

Fotolar qiymətləndirilərkən aşağıdakı prinsiplər əsas götürüləcək:

Müsabiqəyə Sumqayıtda çəkilmiş şəkillər qəbul ediləcək.

- Fotoların mövzusuna heç bir məhdudiyyət qoyulmur  

- Maraqlı anın görüntüdə olması, qeyri-adilik, aydınlıq

- Şəklin professional aparatla çəkilməsi vacib deyil, telefonla çəkilmiş şəkillər də müsabiqəyə qəbul ediləcək

- Müsabiqəyə başqa media vasitələrində dərc edilməyən fotolar qəbul ediləcək 

Müsabiqə fevral ayının 10-na kimi davam edəcək. 

Fotoları “sumqayitxeber@yahoo.com mail adresinə və “”Sumqayıtxeber.com” saytının Facebookdakı profilinə (http://www.facebook.com/sumqayit.xeber?fref=ts)  və ya səhifəsinə (http://www.facebook.com/sumqayitxeberCom?fref=ts)  göndərmək olar. 

Göndərilmiş fotolarda “”Sumqayitxeber.com” saytının və “Hədiyyələr” mağazasının elan etdiyi “Sumqayıtda çəkilmiş ən maraqlı foto” adlı müsabiqəyə təqdim olunur” qeydini yazmaq lazımdır.

“Sumqayıtda çəkilmiş ən maraqlı foto” adlı müsabiqəyə təqdim olunan fotolar peşəkar fotoqraflardan və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Facebook Şərhləndirmə:
Share Button

“DİQQƏT! Foto-müsabiqə başlayır” yazısına 2 cavab

  1. Rafig Rustamli deyir:

    salam, musabiqeye gonderilecek shekillerin say limiti var? minimum neche shekil olmalidi?

    teshekkurler.

  2. sumqayitxeber.com deyir:

    salam maksimum 3 sekil olmalidir

Şərhinizi yazın