Menu
Geri İrəli

Dünyanı sarsıdan foto

Müəllif: Sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2015 • Baxış sayı: 527 dəfə • Şərh yoxdur

14066_suriye-1Türkiyənin Bodrum vilayətindən qeyri-qanuni yolla Yunanıstana keçmək istəyən suriyalıların qayığı dənizdə batıb.

Aralarında 11 yaşlı Zainb Əhməd, 9 yaşlı Heydər Əhməd Hadinin də olduğu 8 nəfər boğularaq ölüb. Köçkünlərdən yeddisi sahil təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən xilas edilib, iki nəfər isə itkin düşüb. Suriyalı köçkünlərin Yunanıstana keçmək üçün insan tacirləri ilə 2500 avroya razılaşdığı deyilir.

Hadisə zamanı çəkilən fotolar- dalğaların Bodrum sahillərinə atdığı körpə cəsədləri dünya mediasında böyük səs-küy yaradıb.  İngiltərədə nəşr olunan “Daily Mail” və “Independent” qəzetləri, BBC, “Financial Times”, ABŞ-ın “NBC TV”-i, “Huffington Post”, “Washington Post”, “New York Times” qəzetləri həmin fotolara xüsusi yer ayırıb. “THE GUARDIAN” isə fotoların, Avropa Birliyinin köçkünlərlə bağlı siyasətini sual altında qoyduğunu yazıb.

Xatırladaq ki, İngiltərənin baş naziri Devid Kameron dünən Orta Asiyada müharibədən qaçan köçkünlərə İngiltərə torpaqlarında artıq yer olmadığını demişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın