Menu
Geri İrəli

Əhməd Davudoğlunun yeni erməni müşaviri “Sumqayıt hadisələri”ndən nə yazıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2014 • Baxış sayı: 661 dəfə • Şərh yoxdur

davudoqluTürkiyənin baş naziri Əhməd Davudoğlu özünə yeni müşavir təyin edib

Müşavir Etyen Mahçupyan Fətullah Gülən və AKP-ya yaxınlığı ilə tanınırdı. Birinci qrupdan uzaqlaşan erməni siyasətçi Mahçupyan 1972-ci ildə Türkiyənin Boğaziçi Universitetinin Kimya fakültəsini bitirib. O, həmçinin Ankara Universiteti Siyasi Biliklər Fakültəsinin də məzunu olmuşdur.

Bir çoxlarını belə bir sual maraqlandıra bilər: bu şəxs kimdir?

Bu sualın cavabı hamını maraqlandırdığı kimi bizi də maraqlandırmaya bilməzdi. Odurki, bu şəxsin yazılarına qısa baxışdan onun Azərbaycana qarşı mövqeyi bəlli oldu.

2 il əvvəl Fətullah Gülənə bağlı “Zaman” qəzetinə yazdığı “Xocalı qətliamı” adlı yazısından hissələri sizə təqdim edirik:

“….Fevralın 26-sına gəlincə və hələ ortada “erməni mübahisə”si varsa oxuculardan niyə Xocalı qətliamını işarə edən yazı yazmadığıma işarə edən mesajlar alırdım…

Bundan 20 il əvvəl Azərbaycanın Xocalı şəhərində gerçəkləşən bir qətliamda Azəri mənbələrinə görə,106-sı qadın və 83ü uşaq olmaqla 613 nəfər öldürülmüşdür. Xocalı erməni hərbi birləşmələrinin əlinə düşərkən bir çox mülkü vətəndaş və onların arasnda qarışan azəri əsgər qaçmağa səy etmiş, ancaqAzərbaycan sərhəddinə yaxınlaşdıqda erməni hərbi qüvvələrinin atəşi altında can vermişlər. Erməni tərəfi mülkü vətəndaşların arasına qarışan Azərbaycan əsgərləri səbəb göstərərək qətliamı adi bir müharibə səviyyəsinə endirməyə çalışdı. Beynəlxalq müşahidəçilərdə bunu təsdiq etməkdəydilər. Hətta azərbaycanlı jurnalist Eynulla Fətullayevin Xocalıdan xilas olan bəzi şəxslərlə görüşündə ölənlərin koridorda ermənilərin atəşi ilə ölmədiyini, Azərbaycan ordusuna aid bəzi əsgərlərin mülkü vətəndaşları ermənilərin əlindəki Naxçıvanik rayonuna yönləndirdikləri kimi bəzi dəlillər ortaya çıxmışdır. Lakin beynəlxalq müşahidəçilər sonda bütün bu dəlilləri qeydə almalarına baxmayaraq işin təməlində birbaşa Qarabağlı erməni əsgərləri olduğunu və qətliamın onlar tərəfindən həyata keçirildiyini qəbul etdilər.

Bu olayın hüququ tanınmasında problem yaşanmadı…

Türkiyənin baş nazirinin yeni müşaviri iki il əvvəlki yazısında qeyd etməyə çalışmışdıki, Sumqayıtda qətliam olduğu üçün ermnəilər bunu “qisas” kimi qəbul etmiş və bu qətliamı qəbul etmişlər.

Sonra Mahçupyan yazısında biraz da irəliyə gedərək “Sumqayıtda isə bu coğrafiyada yad olmadığımız bir qətliam yaşanmışdır. O gün azərilər kiçik qruplar halında təşkilatlanıb silahlanmış, ermənilərin ev və iş yerlərinə hücum etmiş, polisin gözü önündə onların evilərini yandırmışlar. Qeyri rəsmi rəqəmlərə görə, onlar bir neçə yüz nəfəri öldürmüşlər.”

Yazar sonda 20 yanvar haqda da yazmış, milliyətçi omadan bu məsələlərə yanaşmağa dəvət etmişdir.

Qeyd edək ki, bu yazıda Davudoğlunun yeni müşaviri Fətullah Gülənin qəzetində Qarabağı Azərbaycanın ərazisi hesab etməmiş, Azərbaycan əsgərlərini təhqir etmiş, Erməniləri qisasa görə Xocalı soyqırımını qəbul etdiyini önə çəkmiş, Sumqayıt hadisələrini erməni dili ilə Türk mediasında təbliğ etmiş, Xocalı hadisələrinə kölgə salmaq üçün bəzi taktiki addımlar atmışdır. Odurki, Türkiyənin baş nazirinin müavininin erməni olması kimi, Azərbaycana hansı münasibətinin olmasını onun öz yazısından hiss etmək mümkündür.

islamazeri.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın