Menu
Geri İrəli

Eldar Əzizov: “…Mənim oğlum belə etməz”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2013 • Baxış sayı: 483 dəfə • 1 şərh

Məlum olduğu kimi, dövlət başçısının tapşırığından sonra yol polisinin avtoxuliqanlıqla mübarizə istiqamətində səyləri güclənib.

Regionlarda da bu meyl hiss olunur. Elə Sumqayıtda da… Məsələyə şəhər icra başçısı səviyyəsində diqqət artırılıb. Eldar Əzizov əlaqədar strukturlardan bu sahədə işlərini gücləndirməyi tələb edib. İlin yekunları ilə bağlı bu yaxınlarda keçirilən müşavirədə isə icra hakimiyyətinin başçısı məsələyə bu cür münasibət bildirmişdi:

- Qaydaları pozanlar daha çox imkanlı adamların övladlarıdır.  Yol polisi həmin adamları saxlayıb deməməlidir ki, başçının tapşırığı var, ver 1-2 saat maşını Cərimə meydanşasında qalsın, götürərsən. Qəti tədbirlər olmalıdır – kimliyindən asılı olmayaraq. Mən İdarə rəisinə demişəm, mənim oğlum da olsa, saxlayıb,  lazımı tədbir görün. Baxmayaraq ki, onu da bilirəm ki, mənim övladım belə şey etməz, çünki o, belə tərbiyəyə sahib deyil

Facebook Şərhləndirmə:

“Eldar Əzizov: “…Mənim oğlum belə etməz”” yazısına bir cavab

  1. Zaur deyir:

    ))))))))))))))

Şərhinizi yazın