Menu
Geri İrəli

Eldar Əzizovun xanım müavini danışdı: “Çalışacam ki, etimadı doğruldum”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 948 dəfə • 1 şərh

icraMəlumat verdiyimiz kimi, Sumqayıt şəhər İcra Hakimiyyətində müavinlər səviyyəsində mühüm təyinat və dəyişikliklər həyata keçirilib.

Sumqayıtda da xanım icra müavini təyinatı reallaşdırılıb. Belə ki, vəzifəsi dəyişdirilən müavin Sahib Quliyevin yerinə Lalə Zülfü qızı Hacıyeva təyin edilib; bundan sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi məhz bu xanım çalışacaq.

Bu vaxta qədər şəhərin 41 nömrəli bağçasının müdiri olan L.Hacıyeva Tariyel Hacıyevin qardaşı qızı, mərhum Zülfü Hacıyevin qızıdır.

Lalə Hacıyeva təyinatla bağlı ötən gün qərar verildiyini bildirib və bu vəzifənin ona həvalə edilməsinin gözlənilməz olduğunu deyib:
“Bu, mənim üçün gözlənilməz oldu. Şəhər rəhbərliyinə mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Çalışacam ki, etimadı doğruldum”.

Yeni xanım müavin hazırda iş başında olduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, Lalə Zülfi qızı Hacıyeva 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilinin 8 ilini Sumqayıt şəhər 5 saylı orta məktəbdə alıb, qalan hissəsini isə Naxçıvan şəhərində davam etdirib.  O, 1984-cü ildə Azərbaycan Pedaqoji Universitetinin məktəbəqədər təhsil ixtisasına qəbul olub və 1988-ci ildə oranı bitirib. Elə həmin ildən Sumqayıt şəhər 41 saylı bağçada tərbiyəçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1990-2001-ci illərdə isə 11 saylı bağçada tərbiyəçi işləyib. 2001-ci ildə isə 68 saylı bağçada baş tərbiyəçi kimi çalışıb. 2002-ci ildən icra başısının müavini təyinataınadək 41 saylı bağçanın müdiri işləyib.

Yeni xanım müavin Sumqayıtın  inkişafında  xidmətlərinə görə, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub. /Xeberle.com/

Facebook Şərhləndirmə:

“Eldar Əzizovun xanım müavini danışdı: “Çalışacam ki, etimadı doğruldum”” yazısına bir cavab

  1. MEHRİ deyir:

    Təbrik edirk. Sizə uğurlar.

Şərhinizi yazın