Menu
Geri İrəli

Ermənistanda yenə ara qarışdı (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2015 • Baxış sayı: 246 dəfə • Şərh yoxdur

Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər.

Ermənistanın paytaxtında konstitusiya

Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər.

Ermənistanın paytaxtında konstitusiya islahatları əleyhinə mitinq keçirilib. Mitinqdə Erməni Milli Konqresi, “İrs” partiyası, Ermənistan Xalq Partiyası və “Təsis parlamenti”nin tərəfdarları iştirak ediblər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər. 
Azadlıq meydanında keçirilən mitinqin üzvlərindən biri Arşak Musaxyan daha bir izdihamlı aksiyanın bazar günü, oktyabrın 5-də Milli Məclisin binası qarşısında keçiriləcəyi deyir:“Mitinqin əsas məqsədi parlamentdə konstitusiya islahatları ilə bağlı keçiriləcək səsverməyə təsir etməkdir. İslahatların lehinə səs verən deputatların fikirlərini dəyişəcəklərinə şübhəm yoxdur. Mitinq vasitəsilə onlara ictimai və psixoloji təzyiq edəcəyik, eləcə də, onların fəaliyyətinə siyasi qiymət verəcəyik”,- deyə A. Musaxyan bildirib.
Tədbirin Ermənistan vaxtı ilə saat 12:00-da keçiriləcəyi deyilir. Xarici KİV-lərə istinadən verilən xəbərə görə, bazar günü də toplaşacaq mitinqdə əsas şüar “Xeyr!” olacaq.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 21 avqustda Milli Məclisdə konstitusiyada islahatların keçirilməsi barədə göstəriş verib. Parlamentdə konstitusiya islahatları məsələləri üzrə Ermənistan prezidentinin rəsmi nümayəndəsi kimi Vardan Poqosyan çıxış edəcək.

Sentyabrın 11-də konstitusiyada dəyişikliklər layıhəsi Daimi Parlament komissiyası tərəfindən müsbət qarşılandı və payız sessiyasının iclasında onun müzakirəsinə başlanıldı. Serj Sarkisyan artıq yeni konstitusiya layihəsini də nəzərdən keçirib və onun qəbul olunması oktyabrın 5-də nəzərdə tutulur.

Ümumiyyətlə, yaxın 2 həftə ərzində Ermənistan parlamenti binası qarşısında etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

Cari ildə Ermənistanda aksiyaların keçirilməsi, sanki, dəb halını alıb. Belə ki, iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq üçün, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.

Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşıb.

Ən son aksiya sentyabrın 12-də Ermənistanın paytaxtı İravanın mərkəzindəki Azadlıq meydanında keçirilib. O da elektrik enerjisinin bahalaşmasına qarşı olan aksiya olub.

Mitinqə “Talana yox!” vətəndaş təşəbbüsünə “Ayağa qalx, Ermənistan” və “Təsis parlamenti” təşkilatı da qoşulub.


Facebook Şərhləndirmə:

Şərhinizi yazın