Menu
Geri İrəli

Əsgər hərbi hissə komandirinin müavinini və əsgər yoldaşını güllələdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2014 • Baxış sayı: 544 dəfə • Şərh yoxdur

esger-kolgesi“Güllə yarası alan hərbi hissə komandiri müavininin vəziyyəti yaxşıdır”

Bu məlumatı virtualaz.org saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Nazirlikdən bildirildi ki, hadisə ilə bağlı cinayət işi açılıb və məsələ Hərbi Prokurorluq tərəfindən araşdırılır.
Yaralanan zabitin harada müalicə almasına gəlincə isə nazirlikdən bu barədə məlumatsız olduqlarını bildirdilər.
Müdafiə Nazirliyinin “Papanin”dəki Mərkəzi Hərbi Hospitalından isə virtualaz.org saytına bildirdilər ki, bu hadisədən məlumatsızdırlar: “Hospitala yaralı olaraq heç bir zabit gətirilməyib”.
Hərbi ekspert Üzeyir Cəfərov isə virtualaz.org-a açıqlamasında bildirdi ki, onun əldə etdiyi məlumata görə, yaralanan zabitin vəziyyəti ağırdır. Hərbi ekspert bu hadisənin ehtiyatsızlıq üzündən baş vermədiyini də istisna ermədiyini söylədi: “Ehtiyatsızlıq nəticəsində baş verməsi inandırıcı deyil. Əldə etdiyim məlumata görə, zabit Ramil Əliyevin vəziyyəti ağırdır. Bu gün bir zabitimiz də intihar edib. Ola bilsin ki, bunu nəzərə alaraq bu məsələni gizli saxlamağa çalışırlar”.
Ü.Cəfərov R.Əliyevi tanıdığını söylədi: “Ramin Əliyevi tanıyıram. Mayor rütbəsi daşıyırdı. Səhv eləmirəmsə, bu yaxınlarda polkovnik-leytenant rütbəsi alıb”.
 
*  *  *  *

Azərbaycanda hərbi hissədə silahlı insident olub

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.
Güllə yarası alan əsgər İ. İsmayılov dünyasını dəyişib.
R. Əliyev isə ağır vəziyyət xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın