Menu
Geri İrəli

FHN: Sumqayıtdakı ticarət mərkəzində 23700 kvadratmetr ərazi yanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2013 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur

1381628_533665293377790_816240871_n

 

 

 

 

 

 

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı açıqlama yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə,  bu il oktyabrın 19-da saat 19:25-də nazirliyin “112” qaynar xəttinə Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-nin xilasetmə qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, digər qurumlar bu barədə məlumatlandırılıb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb.

Məlumatda qeyd olunub ki, ticarət mərkəzinin qalan hissəsi və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın zamanı xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçiriblər, ərazidəki şəxslər təhlükəsiz məsafəyə uzaqlaşdırılıblar.

Xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Yanğın saat 01:30-da söndürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın