Menu
Geri İrəli

Foto-müsabiqə davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2013 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

Sumqayitxeber.com” saytı və Sumqayıt şəhər “Sülh” küçəsi, 9/11-də (Mərkəzi Bazarın yaxınlığında, Accessbank-ın sağında) yerləşən “HƏDİYYƏLƏR” mağazasının təşkilatçılığı ilə başlanan Foto-müsabiqəyə davam edir.

Əziz oxucular, hər birinizi müsabiqəmizdə iştirak etməyə dəvət edirik.

Fotolar qiymətləndirilərkən aşağıdakı prinsiplər əsas götürüləcək:

Müsabiqəyə Sumqayıtda çəkilmiş şəkillər qəbul ediləcək.

- Fotoların mövzusuna heç bir məhdudiyyət qoyulmur  

- Maraqlı anın görüntüdə olması, qeyri-adilik, aydınlıq

- Şəklin professional aparatla çəkilməsi vacib deyil, telefonla çəkilmiş şəkillər də müsabiqəyə qəbul ediləcək

- Müsabiqəyə başqa media vasitələrində dərc edilməyən fotolar qəbul ediləcək 

- Hər bir kəs maxsimum 3 foto göndərə bilər

Müsabiqə fevral ayının 10-na kimi davam edəcək. 

Fotoları “sumqayitxeber@yahoo.com mail adresinə

“”Sumqayıtxeber.com” saytının Facebookdakı profilinə (http://www.facebook.com/sumqayit.xeber?fref=ts)  və ya səhifəsinə (http://www.facebook.com/sumqayitxeberCom?fref=ts)  

göndərmək olar. 

Göndərilmiş fotolarda “”Sumqayitxeber.com” saytının və “Hədiyyələr” mağazasının elan etdiyi “Sumqayıtda çəkilmiş ən maraqlı foto” adlı müsabiqəyə təqdim olunur” qeydini yazmaq lazımdır.

“Sumqayıtda çəkilmiş ən maraqlı foto” adlı müsabiqəyə təqdim olunan fotolar peşəkar fotoqraflardan və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın