Menu
Geri İrəli

Hansı siyasi partiya nə qədər alır? – RƏQƏMLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2013 • Baxış sayı: 189 dəfə • Şərh yoxdur

Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinə başlanıb.

Maliyyə Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, “Siyasi partiyalar haqqında” qanununun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

 

Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb. Göstərilənləri əsas götürülməklə, 2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan maliyyə yardımı aşağıdakı məbləğlərdə aidiyyəti siyasi partiyalar arasında bölüşdürülüb.

 

Siyasi partiyaların adı

Məbləğ (manatla)

1

Yeni Azərbaycan Partiyası

1145125,89

2

Vətəndaş Həmrəyliyi  Partiyası

136089,81

3

Ana Vətən Partiyası

121029,57

4

Sosial Rifah Partiyası

105969,33

5

Azərbaycan Demokratik İslahatlar Partiyası

105969,33

6

Azərbaycan Ümid Partiyası

105969,33

7

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

105969,42

8

Vətəndaş Birliyi Partiyası

105969,33

9

Böyük Quruluş Partiyası

105969,33

10

Milli Dirçəliş Hərəkatı Partiyası

105969,33

11

Ədalət Partiyası

105969,33

 

Dövlət büdcəsindən ayrılan vəsait Maliyyə Nazirliyi tərəfindən, partiyaların təqdim etdiyi sifarişlər əsasında rüblər üzrə siyasi partiyanın bank hesabına köçürülməsi təmin ediləcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın