Menu
Geri İrəli

Həcc ziyarətində dünyasını dəyişən soydaşımızın yas mərasimi Sumqayıtda keçiriləcək – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 397 dəfə • Şərh yoxdur
Həcc ziyarətində dünyasını dəyişən soydaşımızın yas mərasimi Sumqayıtda keçiriləcək - FOTO

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri qəfil dünyasını dəyişib.

61 yaşlı Fəxrəddin Zeynalov Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir.

Qubadlı rayonunun Dondarlı kəndindən olan Fəxrəddin Oruc oğlu Zeynalov Xırdalan şəhərində yaşayırdı. Su idarəsində işləyən məcburi köçkün F. Zeynalov 3 oğul, bir qız atası idi. Mərhumun yas mərasimi sentyabrın 29-da Sumqayıt şəhərində təşkil olunacaq.
Allah digər zəvvarlarımıza sağ-salamat vətənə qayıtmağı nəsib etsin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın