Menu
Geri İrəli

Helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2013 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur
Azərbaycanda baş verən helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin APA-ya verdiyi məlumata görə, Əhmədov Yaşar Mail oğlunun meyiti bir neçə dəqiqə əvvəl tapılaraq sudan çıxarılıb.

 

Qeyd edək ki, dünən saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri – kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

 

Digər iki hərbçinin meyiti dünən tapılaraq sudan çıxarılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın