Menu
Geri İrəli

İlham Əliyev İslam Kərimovu təbrik etdi

Müəllif: Sumqayitxeber.com • Tarix: 31 Avqust 2015 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

ilham aliyevAzərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Bu gün Özbəkistan dinamik sosial-iqtisadi inkişaf və hərtərəfli düşünülmüş siyasi fəaliyyət yolu ilə firavanlaşan bir ölkə kimi beynəlxalq aləmdə layiqli nüfuz və hörmət qazanıb”.

Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Özbəkistanı tarixən bir-biri ilə müştərək mədəniyyətlər və mənəvi dəyərlər bağlayır: “Xalqlarımızın zəngin dostluq və qarşılıqlı dəstək ənənələri var. Əminəm ki, bu mehriban münasibətlərin, sıx əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsi və möhkəmlənməsi bundan sonra da ölkələrimizin firavanlaşmasına kömək edəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın