Menu
Geri İrəli

İlham Əliyev və xanımı İtaliyada (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2015 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

94790Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərə gəliblər.

Milanın Malpensa Beynəlxalq Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xatırladaq ki, prezident İlham Əliyev 2014-cü ilin iyulun 13-də də İtaliyaya rəsmi səfərə getmişdi. Ilham Əliyev səfər çərçivəsində bu ölkənin rəhbərliyi ilə “Cənub qaz dəhlizi” ilə Azərbaycan qazının İtaliyaya tədarükü məsələsini müzakirə etmişdi.

Qeyd edək ki, 19 sentyabr 2013-cü ildə Bakıda “Şahdəniz” konsorsiumu və 9 Avropa şirkəti “Şahdəniz 2” layihəsi çərçivəsində Azərbaycan qazının alqı-satqısı barədə saziş imzalayıb. İmzalanan sənədə əsasən, 2019-cu ildən başlayaraq, TAP boru kəməri ilə 10 mlrd kubmetr Avropa bazarlarına tədarük ediləcək. Bunun 8 mlr kubmetri İtaliyaya çatacaq.

Bu ilin ilk beş ayında İtaliya mallarının idxalı 4,4% azalaraq $87,8 mln. təşkil edib. Azərbaycandan İtaliyaya ixrac 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq $2 mlrd. 361,6 mln. təşkil edib. İtaliya 18,8% göstərici ilə Azərbaycanın xarici ticarət əməliyyatlarında birinci yeri tutur.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, son illər iki ölkənin xarici ticarət dövriyyəsi üzrə ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb -$9,6 mlrd. 2013-cü ildə bu göstərici $6 239 ml.n-a enib. Bunun $250 mln.-u İtaliya ixracının payına düşür. Son üç ildə İtaliyadan mal idxalının həcmi bu rəqəm civarındadır. Bu, 2009-2010-cu illərdə olduğundan iki dəfə çoxdur.

2013-cü ildə Azərbaycana 1400 adda mal, o cümlədən 300 ədəd müxtəlif avtonəqliyyat vasitələri göndərilib. Azərbaycandan isə neft və neft məhsulları ixrac edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın