Menu
Geri İrəli

İlham Əliyevə qarşı sui-qəsdin üstü açıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2015 • Baxış sayı: 291 dəfə • Şərh yoxdur

Valeh Əmirəliyev Türkiyəyə uçmaq istəyərkən saxlanılıb.

Ukrayna sərhədçiləri sentyabrın 19-da Kiyevin ”Borispol” aeroportunda terrora görə İnterpol xətti ilə axtarışda olan Valeh Cavanşir oğlu Əmirəliyevi saxlayıblar.

ANS PRESS-in məlumatına görə, Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti onun saxlanılması haqqında məlumat yayıb. Bildirilib ki, Valeh Əmirəliyev Rusiyadan Ukraynaya gəlib, Türkiyəyə uçmaq istəyərkən saxlanılıb. Rusiyanın terror cinayətinə görə axtarışa verdiyi Valeh Əmirəliyev Ukrayna polisinə təhvil verilib.

Onun “Eurovision-2012” ərəfəsində Azərbaycanda silsilə terror aktları planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Vüqar Padarovla yaxın əlaqələri olduğu müəyyən edilib.

O, Vüqar Padarov və Samir Sanıyevin rəhbərlik etdiyi dəstənin bəzi üzvləri ilə birgə Rusiyada da bır sıra ağır cinayətlər törədib. O, 2011-ci il noyabrında isə mütəşəkkil dəstənin üzvləri İlham Gülməmmədov, Faiq Süleymanov və Zaur Seyidovla birgə Zaqatala şəhərinə gələrək Vüqar Padarovla görüşüb, Azərbaycanda həyata keçirməyi planlaşdırdıqları terrorla bağlı müzakirələr aparıb.


Vüqar Padarov

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2012-ci ildə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkədə terror aktları hazırlayan həmin dəstənin bir çox üzvü həbs edilib. Dəstənin başçısı Vüqar Padarov isə əməliyyat zamanı öldürülüb.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanındairimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.

1986-cı il təvəllüdlü Qusar rayon sakini Əmirəliyev universal döyüş üzrə Avropa çempionu olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın