Menu
Geri İrəli

İlhamə: Elzaya yarım milyonluq təzminat davası açmışam

Müəllif: Sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2015 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur

ilhame_quliyeva_elza_seyidcahan_00“Mənim ordenlərimi şərəfsiz adlandırır”.

Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanı məhkəməyə verib.

Bu barədə ölkə.az-a açıqlamasında sənətkar özü bildirib.

İlhamə Quliyeva deyib ki, Seyidcahan onun barəsində təhqiramiz ifadələr işlədib və buna görə qanun qarşısında cavab verməlidir:

“Mənim “Şərəf” və“Şöhrət” ordenlərimi şərəfsiz adlandırır. Dünya sülh səfiriyəm, məni təhqir edir. Əgər haqlı olaraq demişəmsə ki ondan millət vəkili olmaz, məni təhqir etməlidir? Elzaya beş yüz min manatlıq təzminat davası açmışam. Artıq vəkilim bununla bağlı lazımi işləri görür və məhkəməyə müraciət edilib. Bu günlərdə məhkəmənin nəticəsini görəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın