Menu
Geri İrəli

İpoteka kreditlərinin maksimum həcmi artırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2013 • Baxış sayı: 291 dəfə • Şərh yoxdur

“Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları” dəyişdi

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, fərmanla dəyişiklik güzəştli ipoteka kreditləri üçün nəzərdə tutulan maksimum məbləğin 35 min manatdan 50 min manata çatdırılmasını nəzərdə tutur.

 

Eyni zamanda gənc ailənin üzvü olan, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ qazanıblar. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın