Menu
Geri İrəli

Kəmaləddin Heydərov Sumqayıtda qəzalı vəziyyətdə olan yataqxanada oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2013 • Baxış sayı: 531 dəfə • 2 şərh
Share Button
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Sumqayıtda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin qəbulunu keçirib.

APA-nın xəbərinə görə, nazir sakinlərin müraciətlərini dinləyib, müraciətlərə aidiyyəti üzrə baxılması üçün tapşırıqlar verib.

Qəbuldan çıxan sakinlər bildiriblər ki, K. Heydərov onları dinləyib, problemlərinin araşdırılacağını və həllinə yardım ediləcəyini deyib.

Sumqayıt şəhərində 15-ci məhəllədə yerləşən 7 saylı yataqxana sakinləri də nazirin qəbulunda olub və yaşadıqları yataqxananın qəzalı vəziyyətdə olması ilə bağlı məlumat veriblər. Kəmaləddin Heydərov söz verib ki, görüşdən sonra binaya baş çəkəcək və vəziyyətlə yerindəcə tanış olacaq.

“sumqayitxeber.com”-un verdiyi məlumata görə Kəmaləddin Heydərov saat 3 radələrində yataqxanaya gəlib və qəzalı vəziyyətdə olan bina ilə yerindəcə tanış olub.

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Kəmaləddin Heydərov Sumqayıtda qəzalı vəziyyətdə olan yataqxanada oldu” yazısına 2 cavab

  1. Odunchu deyir:

    inshallah bir komeyliy olar o binanin qabaginnan kechende sumqayitin halinin ne veziyyetde oldugunu ele gorurem

  2. Məhəmməd deyir:

    Çox sağ olsun. Bütün məmurlar belə işləsə olkəmizin vəziyyəti çox gözəl olar.

Şərhinizi yazın