Menu
Geri İrəli

Kəmaləddin Heydərov Sumqayıtda 60 – dan çox vətəndaşı qəbul edib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2013 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq aprelin 19-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində gün ərzində aparılan qəbul zamanı Abşeron və Xızı rayonlarının, həmçinin Sumqayıt şəhərinin sakinləri nazirə onların narahatlığına səbəb olan məsələlərlə bağlı müraciət etmişlər.
Vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə nazirin qəbuluna qeydiyyat aprelin 15-dən başlanılmışdır.
FHN-in tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda bölgədə yaşayan vətəndaşların müxtəlif səpkili müraciətlərinə baxılmış, onların şikayət və təklifləri dinlənilmişdir.
Müraciətlərin bir qismi elə yerindəcə həllini tapmışdır. Qəbul zamanı, həmçinin bəzi vətəndaşların şəxsi problemlərinə də baxılmışdır. Həmçinin vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan sahələrlə bağlı qaldırdıqları məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın