Menu
Geri İrəli

«Karvan»da çalışan iş adamları aksiya keçirmək istəyir

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Avqust 2014 • Baxış sayı: 1,002 dəfə • Şərh yoxdur

karvan-1_1Yanmış ticarət mərkəzində çalışanlar haqlarını tələb etmək üçün İcra Hakimiyyətinin önünə toplaşmaq fikrindədirlər

Ötən il Sumqayıt şəhərində fəaliyyət göstərən «Karvan» Ticarət Mərkəzinin yanması nəticəsində orada çalışan kiçik iş adamlarına külli miqdarda zərər dəyib. JAM.AZ xəbər verir ki, həmin hadisədən sonra ticarət mərkəzində çalışanları sakitləşdirmək üçün onlara xeyli vədlər verilib. Lakin…

Xəzər Mirzəyev adlı Sumqayıt şəhər sakini yazır ki, onun da başqaları kimi «Karvan»da yeri olub və yanğın zamanı 4500 manat zərər çəkib. O qeyd edir ki, yanğın olayından sonra işləyənlər ayağa qalxaraq, onlara dəyən zərərin ödənilməsini təlb ediblər. Lakin Ticarət Mərkəzinin rəhbərliyi o zaman kiçik tacirləri başından rədd etmək üçün onlara xeyli vədlər veriblər. Elə Xəzər Mirzəyevi bir ildir aldadan «Karvan»ın rəhbərliyi ona nə yer verir, nə də vəd etdikləri yeni ticarət mərkəzini tikirlər.

, Sumqayıt sakini bu yaxınlarda etiraz edərək, yeni iş yerinin açılacağını soruşub. Bazar rəhbərliyi də onu sakitləşdirmək üçün bildirib ki, yaxın 2-3 gündə «Karvan»ın inşasına başlanılacaq və qısa müddətdə ona yeni köşk veriləcək.

Apardığımız araşdırmalar zamanı belə məlum olub ki, yanan «Karvan» Ticarət Mərkəzinin yerində, ümumilikdə, Sumqayıt şəhərində belə bir ticarət obyektinin tikintisi həyata keçirilmir. «Karvan»da zərər çəkmiş satıcılara isə ən yaxşı halda ayrı-ayrı Ticarət Mərkəzlərində yer veriləcək.

Eyni zamanda daxil olan məlumatda qeyd edilir ki, «Karvan»da çalışanlar yaxın günlərdə yenidən Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası önünə toplaşaraq, haqlarını tələb edəcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın