Menu
Geri İrəli

Karvan”dakı yanğınla bağlı cinayət işi açıldı- RƏSMİ AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2014 • Baxış sayı: 485 dəfə • Şərh yoxdur

karvan-yeniDünən axşam saatlarında Sumqayıtda, “Karvan” ticarət mərkəzində baş vermiş yanğının səbəb və nəticələrini araşdırmaq üçün istintaq qrupu hadisə yerində istintaq hərəkətlərinə başlayıb.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN), Baş Prokurorluğun və digər müvafiq qurumların əməkdaşlarından ibarət qrup hazırda “Karvan” ticarət mərkəzində araşdırmalar aparır. Qrup ticarət mərkəzinin içində – yanğın baş verən ərazidə işləyir.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev Simsar.az-ın əməkdaşına eksklüziv açıqlamasında bildirib ki, artıq cinayət işi açılıb, istintaq gedir: “Hadisənin baş vermə səbəbləri isə ekspertizanın rəyi açıqlanandan sonra müəyyən ediləcək”.

Xatırladaq ki, oktyabrın 9-da saat 21:00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli “Karvan” ticarət mərkəzinin sahəsi 300 kv/m olan 1-ci mərtəbəsində yanğın baş verib.

Nəticədə ticarət mərkəzinin yanar konstruksiyalar və əşyalar yanıb, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölüb. Şirvan şəhər sakinləri Ramiz Əhmədova, Ramil İsmayılova və Salyan rayon sakini Nicat İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın