Menu
Geri İrəli

Karvanın sahibi: “Bazarın əsas hissəsi təxminən 2-3 aya istifadəçilərin öhdəsinə veriləcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Noyabr 2013 • Baxış sayı: 320 dəfə • 1 şərh

IMG_9628Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmisi: ”Bizim “Karvan”T/M-də baş vermiş olaya qarşı hər hansı bir müdaxiləmiz  özəl mülkiyyətə müdaxilə kimi qiymətləndirilə bilər.”

Karvan T/M-nın rəhbəri Ağamirzə Əhədov: ”Məsələ tez bir zamanda öz həllini tapacaq”.

Son zamanlar yerli mətbuatda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Karvan” T/M-də baş vermiş yanğından zərərçəkmiş sahibkarları hiddətləndirən çıxışı ilə gündəmə düşməsinin şahidi olduq. O, öz çıxışı zamanı bunları demişdir: ““Karvan” Ticarət Mərkəzinin bundan sonrakı aqibəti ilə bağlı hər hansı bir addım atmayacayıq.”

 Məsələni dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Yerli qurumdan isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimov XeberLent.az informasiya agentliyinin suallarını cavablandırdı:

 “Yanan obyektlər özəl mülkiyyət olduğundan icra hakimiyyəti olaraq biz zərərçəkmişlərə heç bir köməklik göstərə bilməyəcəyik. Hörmətli başçımız Eldar Əzizov demişkən: ”Bizim “Karvan”T/M-də baş vermiş olaya qarşı hər hansı bir müdaxiləmiz  özəl mülkiyyətə müdaxilə kimi qiymətləndirilə bilər.”

 - Aldığımız məlumata görə, zərərçəkmiş sahibkarların banklara külli miqdarda borcları var. Zərərçəkmişlər də mövcud durum ilə əlaqədar borcları verməkdə çətinlik çəkirlər. Bu halda dövlət və yaxud yerli icra hakimiyyəti tərəfdən hər hansısa bir köməklik göstəriləcəkmi?

 Mən bir daha qeyd edirəm ki, bizim nə bank, nə də başqa bir özəl sektora müdaxiləmiz yol verilməzdir. Buna görə də biz zərərçəkmişlərə heç bir köməklik edə bilməyəcəyik.

 Onu da qeyd edək ki, yanğından bir neçə gün sonra bazar nümayəndəliyi və Fövqəlada Hallar Nazirliyi  (FHN)  tərəfindən sahibkarların maddi zərərini öyrənmək üçün qeydiyyat başlanmışdır. Bu qeydiyyatın nə xarakter daşıdığını və digər sualların cavabını tapmaq üçün”Karvan” T/M-in rəhbəri Ağamirzə Əhədovla əlaqə saxladıq. O da XeberLent.azinformasiya suallarını belə cavablandırdı:

 “Qeydiyyatın əsas xarakteri zərəçəkənlərin nə qədər ziyana uğramasını bilmək məqsədi güdürdü. Ancaq qeydiyyat zamanı onun da  şahidi olduq  ki, bəzi nsanlar nə qədər  yalan və şişirdilmiş rəqəmlər qeyd etdilər. Həm də bu qeydiyyat əsasən İcra nümayəndəliyi və Fövqəlada Hallar Nazirliyi (FHN)  tərəfindən aparılırdı. Onu da qeyd etmək istəyirəm ki, bu hadisə eyni zamanda dövlət tərəfindən ciddi şəkildə nəzarətə götürülüb”.

 - Bildiyimiz kimi, yanğından dərhal sonra ticarət mərkəzində təmir işləri başlayıb. Təmir nə zaman bitəcək və yeni təmirdən çıxmış tikilidə nə kimi yeniliklər olacaq?

 Təmir işlərinin mükəmməl və tez bir zamanda başa çatması üçün Türkiyənin nüfuzlu tikinti şirkəti ilə müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə görə, bazarın əsas hissəsi təxminən 2-3 aya istifadəçilərin öhdəsinə veriləcəkdir. Düzdür, ticarət mərkəzində yanğından əvvəl 10 000 (on min)-ə yaxın yanğınsöndürən balon var idi. Lakin yeni təmirdən çıxmış ticarət mərkəzində balonlardan savayı daha yeni yanağından mühafizə sistemi quraşdırılacaq.

 - Zərərçəkmişlərə bazar rəhbərliyi, yəni siz tərəfindən hər hansı bir köməklik göstəriləcəkmi?

 Təbii ki, göstəriləcək. Biz öz kirayəçilərimizə buna kimi çox yaxşılıqıar etmişik, bundan sonra da edəcəyik. Düzdür, bu hadisəyə kədərlənənlər çox oldu, lakin sevinənlər də az olmadı. Bütün bunlara baxmayaraq, biz bundan öncə də vurğuladığımız kimi, qısa bir zamanda bazarı kirayəçilərin öhdəsinə buraxacağıq. Eyni zamanda zərərçəkmiş sahibkarlara kömək olaraq onlardan bir müddət, yəni özlərinə gəlincəyə qədər kirayə pulları alınmayacaq.

 Müsahibimiz sonda onu da qeyd etdi ki, zərərçəkmiş sahibkarlara əllərindən gələn köməklik göstəriləcək.

 “Bununla da baş vermiş hadisəyə sevinənləri tez bir zamanda məyus edəcəyik. Sonda zərərçəkmiş sahibkarlardan səbirli olmalarını və bəzi təxribatlara yol verməmələrini xahiş edirik. Məsələ tez bir zamanda öz həllini tapacaq”- deyə Ağamirzə Əhədov bildirdi.

Abbas Əlioğlu

Səbuhi Vaqifoğlu

XeberLent.az

Facebook Şərhləndirmə:

“Karvanın sahibi: “Bazarın əsas hissəsi təxminən 2-3 aya istifadəçilərin öhdəsinə veriləcək”” yazısına bir cavab

  1. Anonim deyir:

    Cox sukur cox sevindim agsaqqal allah senin komeyin olsun,

Şərhinizi yazın