Menu
Geri İrəli

Kənan Yavuz neftin aşağı qiymətlərindən danışdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2015 • Baxış sayı: 189 dəfə • Şərh yoxdur

kənan yavuz“60 dollardan aşağı qiymətlər faydadan daha çox zərər gətirir”.

Neftin qiymətlərinin kəskin aşağı düşməsi Türkiyəyə fayda gətirməyəcək. Ölkə üçün zərərlilik arta bilər.

Sumqayitxeber.com Bloomberg-ə istinadən xəbər verir ki, bu sözləri “SOCAR Turkey Energy”nin rəhbəri Kənan Yavuz bildirib.

“60 dollardan aşağı qiymətlər Türkiyə üçün faydadan daha çox zərərə çevrilir. İxracat bazarındakı sıxıntıların artması, investisiya proqramlarına mənfi təsir göstərməsi, xidmət, turizm sektoruna olan gətirdiyi mənfi təsirlər daha çox ola bilər. 60-80 dollar aralığında ola neftin qiymətlərində Türkiyənin daha yaxşı bir pozisiyada ola biləcəyini düşünürəm” – deyə, K. Yavuz qeyd edib.

60 dollardan aşağı qiymətlər onsuzda Türkiyəyə fayda gətirmir. Fayda gətirsəydi biz bunun nəticələrini görərdik. Cari ilin ilk 6 ayını Türkiyə iqtisadiyyatı son 10-15 ilin ən böyük aşağı neftin qiymətləri davam etdi, amma bunun inkişafa təsir etmədiyini də şahidi olduq. 60 dollardan aşağı qiymətlər bizim ixracat bazarlarımıza və Türkiyədə investisiya etmək qabiliyyətinə sahib olan bir çox layihələri təxirə sala bilər”.

Bundan başqa, o qeyd edib ki, ABŞ-ın 200 illik enerji ehtiyatını öz hesabına ödəyə biləcək müstəqil iqtisadiyyatı var, bu səbəblə deyə blərik ki, neftin qiymətinin düşməsi əksinə bu ölkənin iqtisadiyyatına müsbət təsir edir.

Ülviyyə R. Əli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın