Menu
Geri İrəli

Kimlər təltif edilib? – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2013 • Baxış sayı: 662 dəfə • Şərh yoxdur

Gənclər günü münasibəti ilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ənənəvi olaraq hər il  ”İlin ən yaxşıları” açıqlanır, nominantlar təltif edilir. Xəbər verdiyimiz kimi, bu il də Şəhər Gənclər və İdman Baş İdarəsi müxtəlif nominasiyalar üzrə şəhərin ən fəal gənclərini müəyyən edərək mükafatlandırıb.

Mükafatçılar arasında biz də var idik.  ”İlin gənc jurnalisti” nominasiyası üzrə nominant “sumqayitxeber.com” saytının baş redaktoru Səbinə Dəniz olub. İndi isə maraqlı olacağını nəzərə alıb bütün nominantları diqqətinizə çatdırırıq:

 

1. 2012-ci il- İlin ictimai fəal gənci- “Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” Təşəbbüs Qrupunun sədri Ramil Yaqub oğlu Zeynallı
2. 2012-ci il- İlin fəal qeyri-hökumət təşkilatı- “Sağlam Düşüncə” Gənclər Təşkilatı
3. 2012-ci il- İlin fəal tələbə gənclər təşkilatı- Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı
4. 2012-ci il- İlin gənc kimyaçısı- “Azərikimya” İstehsalat Birliyi Etilen-Poliietilen zavodunun növbə rəisi Taryel Rəgfael oğlu Ramazanov
5. 2012-ci il -İlin gənc nümunəvi vergi ödəyicisi- fiziki şəxs Xəyal Elman oğlu Paşayev
6. 2012-ci il- İlin gənc sahibkarı- “Dədə Qorqud” şadlıq sarayının sahibiİmamov Rəşad Mehman oğlu
7. 2012-ci il- İlin şagirdi- Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi Yaxşı Mahir qızı Səfiyeva
8. 2012-ci il – İlin tələbəsi – Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, Azərbaycan Tibb Universitetinin tələbəsi Türkan İsgəndər qızı Sultanlı
9. 2012-ci il – İlin gənc müəllimi - Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin tarix müəllimi- Bahadur Baba oğlu Babayev
10.2012-ci il – İlin gənc müğənnisi – “Avrasiya yıldızı” mahnı müsabiqəsinin finalçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Şahyar oğlu Əhmədli
11.2012-ci il – İlin gənc rəssamı- Dünya rəssamları arasında yağlı boya texnikası üzrə müsabiqənini qalibi (Türkiyə, 2012) İntiqam Şahvələd oğlu Cəgfərov
12. 2012-ci il- İlin gənc fotoqrafı- Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Nurlan Arif oğlu Babazadə
13. 2012-ci il- İlin gənc yazarı- Azərbaycan Yazıçılar Birliyinin üzvü Sahilə Xosrov qızı İbrahimova
14. 2012-ci il- İlin gənc jurnalisti- “www.sumqayitxeber.com” onlayn qəzetinin baş readktoru Səbinə Sərdar qızı Məmmədova
15. 2012-ci il- İlin telejurnalisti- «Dünya» Müstəqil Televiziya və Radio Şirkətinin Xəbərlər departamentinin redaktoru Nizami Hasil oğlu Rəsulov
16. 2012-ci il- İlin gənc həkimi- Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının çağırışçı həkimi Günel Elmaqr qızı Nüsrətzadə
17. 2012-ci il- İlin gənc könüllüsü- Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin baş təlimatçısı Qədimova Fizzə Tofiq qızı
18. 2012-ci il- İlin gənc idmançısı- XXX London Yay Olimpiya Oyunlarının iştirakçısı (cüdo) Tərlan Eldəniz oğlu Kərimov
19. 2012-ci il- İlin gənc məşqçisi- “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt filialının cüdo üzrə məşğçi-müəllimi Emin Vidadi oğlu Baydullayev
20. İlin fəal musiqi qrupu- “Bizim şəhər” qrupu

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın