Menu
Geri İrəli

Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərlə bağlı iclas keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2015 • Baxış sayı: 713 dəfə • 1 şərh
Share Button

Mehkeme-cekic1Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclas kredit borclarının hansı məzənnə ilə qaytarılması bilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsinin müraciətinə həsr olunub.

İclasda Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev, ekspert qismində BDU-nun dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Milli Məclisin şöbə müdiri Rövşən Muradov iştirak ediblər.

Məhkəmədə tərəflər və ekspertlər dinlənilib. Bundan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib ki, məhkəmə məsələ ilə bağlı yaxın zamanlarda qərar qəbul edəcək və qərar elan olunacaq.

Qeyd edək ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərarı vətəndaşlar arasında bir sıra suallar yaradıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulub.

Facebook Şərhləndirmə:
Share Button

“Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərlə bağlı iclas keçirdi” yazısına bir cavab

  1. ulfet deyir:

    helede gozduyek fevraldan gozduyuruy yeqinki yaxin 5 ile biliner ona kimi biz dilenib banklari oduyeriy

Şərhinizi yazın