Menu
Geri İrəli

KXCP-nin Sumqayıtdakı qərargahına hücum olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2013 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər şöbəsinin qərargahına naməlum şəxslərin hücumu olub.

Bu barədə Teleqraf.az-a KXCP Sumqayıt şəhər şöbəsinin Şakir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı qərargahda heç kəs olmayıb. Naməlum şəxslər qərargaha girişdə asılmış müvaviq lövhələri sındırıb, partiyanın embləmlərini cırıblar. Maraqlıdır ki, həmin şəxslər divarlara “Yaşasın Lenin” yazıblar. “Görünür hakimiyyət müxalifət partiyalarına qarşı yeni kampaniyaya başlayıb. Bu dəfə yerlərdəki şöbələri hədəf götürüblər” – deyə, Ş.Məmmədov qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın