Menu
Geri İrəli

Mərkəzi Neftçilər Xəstəxanasının həkimlər briqadası Sumqayıt kimyaçılarının kompleks müayinə aksiyasına başlamışdır

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2012 • Baxış sayı: 286 dəfə • Şərh yoxdur
Share Button

«Azərikimya» İstehsalat Birliyinin təklifi üzrə kimyaçıların kompleks müayinə olun­ması və müalicəsi məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasının geniş tərkibli həkim briqa­da­sının iştirakı ilə Sumqayıtda sağlamlıq aksiyasının növbəti mərhələsi başlanılmışdır. Əha­­liyə göstərilən yüksək tibbi xidməti ilə respublikamızın ən nüfuzlu səhiyyə ocaqların­dan biri kimi tanınan Neftçilər Xəstəxanasının geniş təcrübəyə malik tibb işçilərinin 15 nəfər­dən ibarət bir qrupu bütün həftə ərzində kimyaçılara kompleks tibbi xidmət gös­tərəcəklər.

Xəstəxananın yüksək ixtisasa və peşəkarlığa malik həkimləri – terapevt, nevropa­toloq, kardioloq, oftalmoloq və cərrahlar ötən ilin ortalarında Etilen-polietilen zavodunun ərazisində mövcud standartlar səviyyəsində inşa edilərək, ən müasir avadanlıqlarla təmin edilmiş «Kimyaçı» poliklinikasında müalicəyə ehtiyacı olan kimyaçıların kompleks müayinəsini həyata keçirəcək və onlara müvafiq müalicə təyin edəcəklər.

Lazım bilindiyi halda bir qrup pasient üçün bilavasitə poliklinikada göz, burun-bogaz və digər cərrahiyyə əməliyyatları yerinə yetiriləcəkdir. «Zavod şəraitində» cərrahi  əməliyyatlar üzrə burada artıq kifayət qədər təcrübə də vardır. Belə ki, insan amilinin ən vacib hesab edilərək, əməkçilərin sağlamlığının daim diqqət mərkəzində saxlanıldığı Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü ilə hələ keçən ilin avqust-sentyabr aylarında «Kimyaçı» poliklini­kasında 15-ə yaxın kimyaçı cərrahi əməliyyat olunmuş, onların gözlərinə yenidən nur verilmiş, sağlamlıqları bərpa olunmuşdur.

Budəfəki aksiyanın ilk günündə artıq 100-ə yaxın əməkçi həkimlərin müayinəsindən keçmiş, müxtəlif xəstəlik simptomları ilə bağlı müvafiq analizlər aparılmış və müalicə təyinatları verilmişdir. Kimyaçılar onların sağlamlıqlarına göstərilən diqqət və qayğıya, respublikanın digər səhiyyə ocaqlarına müraciət etmədən bilavasitə Sumqayıtda, öz poli­k­li­ni­kalarında müalicə olunmaları üçün yaradılmış əlverişli şəraitə görə Səhiyyə Nazir­liyinin rəhbərliyinə və Mərkəzi Neftçilər Xəstəxanasının həkimlərinə minnətdarlıqlarını bildirmişlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın